Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Markus Reşfordun bu yay “Mançester Yunayted”dən birdəfəlik ayrılması gözlənilir.
"Football-plus.az" xəbər verir ki, ingiltərəli forvard ilə premyer-liqanın digər təmsilçiləri “Aston Villa” və “Tottenhem” maraqlanır. Bu fonda futbolçu icarə əsasında çıxış etdiyi “Barselona”da qalmağa üstünlük verir. İspaniya klubunun onun transfer hüquqlarını birdəfəlik alıb-almayacağı isə hələlik dəqiqləşməyib.
MY-nin yetirməsi olan Markus son mövsümü “Barselona”da keçirib. O, kataloniyalıların heyətində bütün turnirlər daxil olmaqla 49 matçda meydana çıxıb, bu oyunlarda 14 qol vurub və 14 məhsuldar ötürmə edib.
Futbolçunun MY ilə müqaviləsinin müddəti 2028-ci il iyununa qədərdi.