Rəşid Behbudov küçəsində çoxmərtəbəli binada yanğın söndürülüb

24.09.2025

Icma.az bildirir, 525.az portalına istinadən.

Sentyabrın 24-də saat 08:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonu, R.Behbudov küçəsi ərazisindən yanğın hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.

525.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 3 nəfərə ilkin tibbi yardım göstərilib, 1 nəfərin hospitalizasiyadan imtinası qeydə alınıb, 2 nəfər isə tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə olunub.

Zəruri tibbi xidmət göstərilən şəxlər ambulator müalicə üçün evə buraxılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью