Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rəşid Mahmudov ailə münasibətlərində qadının rolu ilə bağlı səsləndirdiyi fikirlərlə diqqət çəkib.
Milli.Az xəbər verir ki, onun qənaətinə görə, qadın həyat yoldaşında daim sevgi və həsrət hissini qorumağı bacarmalı, kişinin evə tələsərək gəlməsi üçün münasibətlərə xüsusi diqqət yetirməlidir.
Mahmudov vurğulayıb ki, qadının bütün həyatı yalnız ev işləri və mətbəxlə məhdudlaşmamalıdır. O, xanımların özlərinə qulluq etməsinin, xarici görünüşlərini və fiziki formalarını qorumasının da ailə münasibətlərində əhəmiyyət daşıdığını bildirib:
"Qadın elə etməlidir ki, əri ondan ötrü darıxsın. Özünü mətbəx qadını kimi aparmasın. Əri üçün həmişə formada olmalıdır ki, kişi başqa yerdə gəzməsin".
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)