Rəşid Məmmədəliyevdən uğurlu start

15.06.2025

Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatı davam edir.

Apasport.az xəbər verir ki, bu gün Azərbaycan millisinin 3 təmsilçisi mübarizəyə start verib.

73 kq çəki dərəcəsində Hidayət Heydərov Portuqaliya təmsilçisi Otari Kvantidze ilə qarşılaşıb. Olimpiya çempionumuz mübarizəni 1/16 finalda dayandırıb.

Eyni çəki dərəcəsində Rəşid Məmmədəliyev isə günə uğurlu start verib. O, BƏƏ-ni təmsil edən Kazbek Naquşevə qalib gəlib.

57 çəki dərəcəsində Fidan Əlizadə serbiyalı Marika Perişiçlə üz-üzə gəlib. O, mübarizədə məğlub olaraq yarışla vidalaşıb.

Qeyd edək ki, Azərbaycan dünya çempionatında 10 çəki dərəcəsində 13 cüdoçu ilə təmsil olunur. 

Ne-vaza üzrə ACF Kuboku keçiriləcək Cüdoçularımız dünya çempionatının ilk gününü medalsız başa vurublar 3 cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır Dünya çempionatının püşkü atılıb Cüdo tariximizdə ilk
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью