Rəsmən bəyan edildi İrana hücuma hazırlaşırlar

26.01.2026

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“İsrail ordusu ABŞ-nin mümkün hücumu halında İrana cavab zərbəsinə hazırlaşır”.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Şimal Komandanlığının rəisi Rafi Milo bildirib.

Milo Yaxın Şərq boyunca ABŞ hərbi qüvvələrinin gücləndirilməsinə diqqət çəkərək deyib:

“ABŞ İrana hücum etmək qərarı verəcəyi təqdirdə, İsrail ordusu istənilən eskalasiyaya qarşı ən yüksək hazırlıq səviyyəsində olacaq”.

O əlavə edib ki, İsrail “Hizbullah” terror təşkilatının genişmiqyaslı qarşıdurmaya qoşulub-qoşulmayacağını da diqqətlə izləyir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью