Rəsmən boşandılar 250 min avroluq aliment tələbi rədd edildi

10.10.2026

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyənin “Galatasaray” klubunun keçmiş futbolçusu Mauro İkardi uzun müddətdir davam edən çəkişmədən sonra həyat yoldaşı Vanda Nara ilə boşana bilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Milan məhkəməsi qərar çıxarıb.

Bununla yanaşı, məhkəmə Vanda Naranın ayda ona 250 000 avro aliment ödənilməsi tələbini rədd edib. 

Belə ki, məhkəmə V.Naranın iqtisadi cəhətdən özünü təmin etmək üçün kifayət qədər gəlirinin olduğu qənaətinə gəlib.

Argentinalı futbolçunun uşaqlarının qəyyumluq işinə isə Türkiyədə baxıldığı məlum olub.




Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью