Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyənin xarici işlər naziri Hakan Fidan hesab edir ki, Ukraynadakı münaqişə tərəfləri indi əvvəlkindən daha çox sülh razılaşmasına yaxınlaşıblar.
"Report" xəbər verir ki, bunu Türkiyənin baş diplomatı "Əl-Cəzirə" telekanalına verdiyi müsahibədə bildirib.
"Düşünürəm ki, əvvəlki dövrlərlə müqayisədə indi mümkün sülh razılaşmasına həmişəkindən daha yaxınıq. O cümlədən prosesdə bütün tərəflərin - əsas Avropa ölkələri, ABŞ və müəyyən dərəcədə Rusiyanın iştirakı baxımından. Düşünürəm ki, tərəflər arasında hələ də bir və ya iki həll olunmamış məsələ üzərində iş gedir. Mən müvafiq tərəflərlə daim əlaqə saxlayıram, çünki Türkiyə əvvəllər atəşkəs danışıqlarının bir çox aspektlərində böyük rol oynayıb və biz danışıqları, əsirlərin mübadiləsini və digər humanitar məsələləri asanlaşdırmışıq", - nazir bildirib.
O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın atəşkəsə nail olmaq səyləri nəticə verir: "Nəticə əldə edə bilməməyimiz üçün heç bir səbəb görmürəm. Amma bu, tərəflərdən bir az daha yaradıcılıq tələb edir. Asanlıqla həll edilə bilməyən müəyyən ərazi məsələləri var. Təhlükəsizlik zəmanətləri və əlaqəli məsələlərə gəldikdə isə, düşünürəm ki, onlar artıq müəyyən dərəcədə razılaşdırılıb".