Rəsmi Ankara Zelenskinin bu planından xəbərsizdir

11.05.2025

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

Türkiyə Prezident Administrasiyasının Ukrayna lideri Volodimir Zelenskinin mayın 15-də İstanbula gəlişi barədə məlumatı yoxdur.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə admnistrasiyadan "RİA Novosti"yə məlumat verilib.

Mayın 11-nə keçən gecə Rusiya Prezidenti Vladimir Putin Ukraynaya mayın 15-də İstanbulda ilkin şərt olmadan birbaşa danışıqlar aparmağı təklif edib.

Rusiyanın təklifinə cavab olaraq Zelenski öz "Telegram" kanalında atəşkəs olacağı təqdirdə mayın 15-də Putini İstanbulda şəxsən gözləyəcəyini yazıb. Onun sözlərinə görə, hərbi əməliyyatların tam və davamlı dayandırılması diplomatiya üçün lazımi zəmin yaradacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью