Rəsmi Ankaradan PKK nın özünü buraxmasına ilk Reaksiya

12.05.2025

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Türkiyənin xarici işlər naziri Hakan Fidan PKK terror təşkilatının özünü ləğv etməsini önəmli qərar adlandırıb.

Gununsesi.info “TRT haber”ə istinadən xəbər verir ki, H.Fidan bu barədə Ankarada Türkiyə-İordaniya-Suriya XİN rəhbərlərinin iclasından sonra mətbuata açıqlamasında danışıb.

“Bölgəmizdə dayanıqlı sülh və sabitliyin hakim olması baxımından bu qərarı olduqca önəmli hesab edirəm. Bu qərardan sonra atılacaq müəyyən əməli addımlar var. Onları da yaxından izləyəcəyik”, – deyə nazir qeyd edib.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью