Rəsmi Ankaradan Trampın Ərdoğanla telefon danışığı ilə bağlı açıqlama

08.11.2026

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı Ukraynada müharibənin dayandırılması məsələsini müzakirə ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının X sosial şəbəkəsindəki məlumatında bildirilib.
Ərdoğan Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına yönəlmiş diplomatik səylərin intensivləşdirilməsinin müsbət nəticələr verəcəyinə ümid etdiyini bildirib.
 

Türkiyə lideri ölkəsinin bu səylərə töhfə verməyə davam edəcəyini və həm Ukrayna, həm də Rusiya ilə qarşılıqlı əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb.


Prezidentlərin telefon danışığında İrandakı müharibə də müzakirə olunub. Ərdoğan İranla ABŞ arasında gərginliyin dayandırılmasının və problemlərin diplomatik yolla həll edilməsinin vacibliyini qeyd edib. O, Türkiyənin sülhün təmin olunması üçün səylərini davam etdirəcəyini bildirib.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью