Rəsmi Bağdad İrana dair mövqeyini təkrarladı Yeni Sabah

10.11.2024

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

İraqın milli təhlükəsizlik üzrə müşaviri Qasim əl-Əraci bir daha bəyan edib ki, Bağdad öz hava məkanından İrana və ya regionun hər hansı digər ölkəsinə qarşı hücumların təşkilinə qəti şəkildə qarşıdır.

Yenisabah.az “Mehr”ə istinadla xəbər verir ki, o, İranın Bağdaddakı hərbi attaşesi general-mayor Məcid Qalipur ilə görüşdə İraqın mövqeyini təkrarlayıb.

Tərəflər iki ölkənin təhlükəsizliyini və sabitliyini gücləndirmək və sərhəd nəzarəti ilə bağlı anlaşma memorandumlarını gücləndirmək yollarını müzakirə ediblər. Bundan başqa, terrorizm və qaçaqmalçılıqla mübarizə sahəsində ikitərəfli əməkdaşlığın davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью