Rəsmi Bakı: Aİ nin Ermənistandakı Missiyasının qorunması narahatlıq mənbəyidir, vəziyyəti diqqətlə izləyəcəyik

09.12.2025

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanla Ermənistan arasında paraflanmış saziş layihəsinin 7-ci maddəsində tərəflərin qarşılıqlı sərhəddə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməməklə bağlı öhdəlik nəzərə alındıqda, Azərbaycana qarşı təbliğat vasitəsi kimi istifadə olunan Aİ-nin Ermənistandakı Müşahidə Missiyasının (EUMA) fəaliyyətinə xitam vermək əvəzinə, EUMA-nın mövcudluğunun qorunmasının və missiyanın tam operativliyinin təmin olunmasının prioritetləşdirilməsi digər narahatlıq mənbəyidir.

APA xəbər verir ki, bu barədə XİN-in Avropa İttifaqı və Ermənistan arasında imzalanmış “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” sənədinə dair şərhində bildirilib.

Qeyd edilib ki, prioritetlər sırasında qeyd edilənlərlə yanaşı hərbi və müdafiə məsələlərinin vurğulanması Ermənistanın hərbiləşməsinə xidmət edir:

“Yuxarıda qeyd olunan məsələlər 8 avqust tarixindən etibarən post-münaqişə dövründə əldə edilmiş müsbət irəliləyişlər fonunda keçmiş münaqişənin elementlərini yenidən gündəmə gətirir və Ermənistanın niyyətləri barədə ciddi şübhələr yaradır. Ermənistan və Aİ-nin mövcud reallıqları əks etdirməyən bu zərərli müddəaların aradan qaldırılması istiqamətində konkret addımlar atacağını gözləyirik. Öz növbəmizdə, vəziyyəti diqqətlə izləməyə davam edəcək və zəruri nəticələr çıxaracağıq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью