Rəsmi Bakı Gürcüstana başsağlığı verdi

19.11.2026

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Azərbaycan Xarici İşlər Nazirliyi Tbilisidə baş verən partlayışla bağlı Gürcüstana başsağlığı verib.
Bizim.Media xəbər verir ki, bu barədə Nazirliyin "X" hesabında məlumat paylaşılıb.
“Tbilisidə yaşayış binasında baş vermiş faciəvi partlayışdan dərin kədər hissi keçiririk.
Yaxınlarını itirən ailələrə səmimi başsağlığı verir, düşüncələrimizin bu faciədən zərər çəkən hər kəslə olduğunu bildiririk. Xəsarət alanlara tezliklə və tam sağalmalarını arzulayırıq”, - paylaşımda qeyd edilib.
Bizim.Media 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью