Rəsmi Bakı risk faktorlarını dəyərləndirir Politoloq | Icma.az
Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan dəfələrlə İsrail və İran arasında tərəf tutmağa məcbur qalıb, lakin heç vaxt balansı pozmayıb“İsrael Hayom” saytı məlumat yayıb ki, Baş nazir Benyamin Netanyahu tezliklə Azərbaycana səfər edəcək.
Hələlik bu xəbərin rəsmi təsdiqi yoxdur, lakin doğruluq payı az deyil. Səfərlə bağlı iddianın məhz indi ortaya atılması təsadüfi deyil.
Məsələ ondadır ki, Netanyahunun tezliklə Azərbaycana səfər etməsi iddiası İran Prezidenti Məsud Pezeşkianın Bakıya səfəri xəbərindən qısa müddət sonra ortaya çıxdı.
“Tasnim” yazıb ki, Pezeşkian Azərbaycana aprelin 28-də gələcək.
Netanyahu Azərbaycana səfər edəcəksə, böyük ehtimal bu, Pezeşkianın səfərindən qısa müddət sonra baş tutacaq.
Ümumiyyətlə, son zamanlar həm Azərbaycan, həm də İran rəsmilərinin qarşılıqlı səfərləri artıb.
Tehran Bakı ilə gərginliyi aradan qaldırıb, münasibətləri normallaşdırmaq istəyir.
Tam oxu
Xəbəri oxu