Icma.az, Redaktor.az saytına istinadən bildirir. Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda
Dövlət başçısı bildirib ki, Azərbaycan Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu almasında fəal rol o
"Biz bu məsələni fəal şəkildə müdafiə edən ölkələrdənik. Prezident Tatar təşkilatın Şuşa şəhərində qeyri-rəsmi Zirvə toplantısına dəvət olun
Şimali Kiprin bayrağı da orada dalğalanırdı", - deyə Prezident qeyd edib.
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı Redaktor.az-a açıqlamasında bildirdi ki, bu münasibət eyni zamanda Azərbaycanın beynəlxalq münasibətlərdə prinsipial və cəsarətli mövqe tutduğunu göstərir.
"Cənab Prezident İlham Əliyevin Şimali Kipr Türk Respublikasının (ŞKTR) Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu alması ilə bağlı açıqlamaları Azərbaycanın türk dünyası ilə əməkdaşlığı gücləndirmək istiqamətində atdığı addımlardandır.
Azərbaycanın bu məsələdə fəallığı, türk dövlətləri arasında həmrəyliyi və siyasi birlik ruhunu gücləndirmək baxımından önəmlidir".
Deputat qeyd etdi ki, ŞKTR-nin bayrağının Şuşada keçirilən qeyri-rəsmi Zirvə toplantısında dalğalanması isə həm rəmzi, həm də siyasi baxımından əhəmiyyətli addımdır.