Rəsmi Bakı: vətəndaşlarımız Ciddədən təxliyə ediləcək

06.03.2026

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Martın 4-də 209 nəfər Səudiyyə Ərəbistanının Ciddə şəhərindən təxliyə edildi.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoini ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, digər tərəfdən bizim Qətərdə qalan insanlarımız var idi: “7 martda Qətərdə qalan insanlarımız Ciddədən təxliyə ediləcək. Küveytdə, Bəhreyndə qalan insanlar var, onların hamısının Ciddəyə gətirilərək təxliyəsi planlaşdırılır”.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью