Rəsmi Bakıdan Qərb ölkələri səfirlərinə CAVAB

05.12.2024

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Dekabrın 4-də Bakıda keçirilən tədbir zamanı ABŞ, Aİ, Böyük Britaniya və İsveçrə səfirlərinin Azərbaycanda “jurnalistlər” və “siyasi fəallar”ın saxlanması ittihamı ilə bağlı mütəşəkkil müdaxilələrini qəti şəkildə rədd edirik.

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Bu bəyanatlar Azərbaycan məhkəmə sisteminin müstəqilliyinə açıq şəkildə zərbə vurmaq cəhdidir. Məhkəmə proseslərinə müdaxilə hüquqi dövlətin əsas prinsipi olan qanunun aliliyinə ziddir", - bəyanatda bildirilir.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью