Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
Rəsmi: "Barselona"da qalır
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
"Barselona" futbolçusu Andreas Kristensenlə müqaviləni uzadıb.
QOL.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
30 yaşlı danimarkalı futbolçu ilə yeni müqavilə 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Kristensen 2022-ci ilin yayında "Çelsi"dən azad agent kimi "Barselona"ya keçmişdi. O, Kataloniya təmsilçisinin heyətində 4 mövsümdə ümumilikdə 98 oyuna çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.
Müdafiəçi son 2 mövsümdə zədələr səbəbindən cəmi 24 matçda forma geyinib.
Qeyd edək ki, Kristensenin əvvəlki müqaviləsinin müddəti bu yaya qədər idi.