RƏSMİ: Gələn mövsüm Misli Premyer Liqasında bu klublar iştirak edəcək

25.04.2025

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

Bu gün futbol üzrə I Liqada 23-cü turun oyunları baş tutub. 

Son oyun günündə "Karvan", "İmişli" və "Qəbələ" qələbə qazanıb. Kaxaber Tsxadadzenin komandası xallarının sayını 58-ə çatdıraraq çempionluğunu rəsmiləşdirib. 

"İmişli" və "Karvan" isə mövsümün başa çatmasına 4 tur qalmış ölkə çempionatına vəsiqəni təmin edib. Beləliklə, I Liqanın ilk 3 yerində qərarlaşan komandalar 2025-26 mövsümündən etibarən Misli Premyer Liqasında iştirak edəcəklər. 

I Liqa, 23-cü tur

"Karvan" - "Cəbrayıl" 2:0

"Zaqatala" - "İmişli" 0:2

"Qəbələ" - MOİK 1:0

\\Offsideplus.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью