Rəsmi İrəvandan KTMT baş katibinə cavab

22.10.2026

Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Ermənistanın KTMT-yə necə qayıdacağını təsəvvür edə bilmirəm"

Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan KTMT-nin baş katibi Taatbek Masadykovun Ermənistanın təşkilata mümkün qayıdışı ilə bağlı açıqlamasına münasibət bildirib.

AYNA.AZ erməni mediasına istinadən bildirir ki, nazir jurnalistlərlə söhbətində qısa şəkildə "Ermənistanın KTMT-yə necə qayıdacağını təsəvvür edə bilmirəm" deyə bildirib.

Daha əvvəl baş katib bildirib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətində iştirakını dayandırsa da, onun üzvü olaraq qalır. Onun sözlərinə görə, Ermənistan nümayəndələri 2023-cü ildən bəri Kollektiv Təhlükəsizlik Şurasının, Xarici İşlər Nazirləri Şurasının və ya KTMT Müdafiə Nazirləri Şurasının iclaslarında iştirak etməyiblər.

Baş katib qeyd edib ki, Ermənistan tərəfi təxminən üç ildir ki, təşkilatın büdcəsinə üzvlük haqqı ödəmir və KTMT Katibliyində və ya Birgə Qərargahında kvota vəzifələrini doldurmayıb.

Baş katib həmçinin bildirib ki, təşkilat 2024-cü ildə bu məsələləri müzakirə etmək üçün Ermənistan tərəfi ilə görüş təşkil etməyə cəhd edib, lakin danışıqlar aparmaq istəmədiyini bildirən cavab alıb.

Onun fikrincə, Ermənistanın KTMT-də iştirakını davam etdirməsi ilə bağlı qərar ölkə rəhbərliyinin mövqeyindən asılıdır. Baş katib Ermənistan tərəfinin dəyişən beynəlxalq vəziyyət nəzərə alınmaqla yanaşmasını yenidən nəzərdən keçirəcəyinə ümid etdiyini bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью