Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir. BMT Mirzoyanın Azərbaycana qarşı subliminal mesajlarına dəstək verir?
“Soyqırım və digər cinayətlərə qarşı erkən xəbərdarlıq və erkən reaksiya üçün beynəlxalq mexanizmlərin effektivliyinin gücləndirilməsi” mövzusundakı “Soyqırımı cinayətinə qarşı” V qlobal forum baş nazir Nikol Paşinyan administrasiyasının köhnə stereotiplərdən uzaq durmaq niyyətində olmadığının növbəti sübutudur.
Çünki tədbirin təşkilatçısı hansısa ictimai təşkilat yox, Ermənistanın xarici işlər nazirliyidir.
Deməli, Nikolun fərqli erməni obrazı formalaşdırmaq yönümlü fəlsəfəsi yalnız görüntüdür. Maraqlıdır, Paşinyan bu görüntünü niyə yaradır?
Məsələn, o, nə üçün “Məzlum millət” və onun davamı olan “Ordu millət” düsturlarından imtinanın vacibliyini bildirib, yeni münasibətlər sisteminə qədəm qoyulmasına duyulan ehtiyacdan söz açır?
Belə nəticəyə gəlmək mümkündür ki, baş nazirin bu sayaq deyimləri erməni xalqını dünyaya sivil formada təqdim etmək cəhdidir.
Axı dünya gələcəyə baxır, erməni təxəyyülünün məhsulu olan uydurulmuş keçmişdə ilişib qalmır.
Nikol özü də erməni qövmünü gələcəyə baxan obrazında göstərməyə çalışır.