Rəsmi Kiyev açıqladı: Zelenski və Tramp bu ay görüşə bilər

08.09.2026

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşü ilkin olaraq sentyabr ayına razılaşdırılıb.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Georqi Tixiy “24 Kanal”a açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda sülh prosesi “aktivləşib” və Prezident Trampın nümayəndələri ümumi məxrəc tapmağa çalışırlar.
“Şübhəsiz ki, Prezident Zelenski ilə Prezident Tramp arasında təmaslar olacaq. Bu ay ərzində şəxsi görüşlərlə bağlı da ilkin razılaşmalar var”, - deyə diplomat bildirib.
 

O qeyd edib ki, Zelenski və Trampın görüşü sentyabrın sonunda BMT Baş Assambleyasının tədbirləri çərçivəsində keçirilə bilər.


Bundan əlavə, Tixiy Zelenski ilə Tramp arasında telefon danışığının da baş tutmasını istisna etməyib.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью