Rəsmi Kiyev Avropaya Ukrayna Silahlı Qüvvələrini birbaşa maliyyələşdirməyi təklif edib

23.05.2025

Icma.az, Oxumeni.az saytına istinadən bildirir.

Rəsmi Kiyev Avropaya Ukrayna Silahlı Qüvvələrini birbaşa maliyyələşdirməyi təklif edib

Ukrayna Avropaya Silahlı Qüvvələrə yeni dəstək formatı təklif edib. Birbaşa maliyyə yardımı daha effektiv və daha sürətli edəcək. Bu barədə RBC-Ukrayna Ukraynanın maliyyə naziri Sergey Marçenkonun bəyanatına istinadən məlumat yayıb.

Ukraynanın maliyyə naziri məlumat verib ki, G7 maliyyə blokunun Kanadada keçirilən iclaslarında bir sıra tərəfdaş ölkələrin maliyyə nazirləri, BVF rəhbərliyi ilə intensiv danışıqlar aparılıb, həmçinin Kanada biznesləri ilə Ukraynanın bərpası və investisiya potensialının müzakirəsi aparılıb.

O vurğulayıb ki, G7 sessiyası Ukraynaya davamlı dəstəyin açıq siqnalları ilə keçirilib.

"Tərəfdaşlarla qaldırdığımız əsas mövzu Ukraynanın 2026-cı il üçün maliyyə ehtiyaclarını ödəmək yolları olub", - Marçenko bildirib.

Nazirin sözlərinə görə, hazırda Ukraynanın hərbi potensialının Avropa müdafiə sisteminə inteqrasiyasının mümkünlüyü ilə bağlı dialoq davam edir.

Əziz Mustafa, Oxuməni.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью