Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Real Sosyedad"ın baş məşqçisi İmanol Alquasil cari mövsümün sonunda komandadan ayrılacaq.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Lakin ayrılığın səbəbi açıqlanmayıb.
Alquasil 2018-ci ildən "Real Sosyedad"a rəhbərlik edir. İmanolun həm futbolçu karyerasına həm də məşqçilik karyerasına "Real Sosyedad"da başlaması diqqət çəkir. O, 2011-ci ildən klubda müxtəlif vəzifələrdə çalışıb, gənclər və yeniyetmələrdən ibarət komandalara baş məşqçilik edib.
Hazırda "Real Sosyedad" La Liqanın turnir cədvəlində 42 xalla 9-cudur.