Rəsmi Manama İranı Bəhreynin daxili işlərinə müdaxilədə ittiham etdi

17.11.2026

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rəsmi Manama İran Xarici İşlər Nazirliyinin Bəhreynin məhkəmə orqanları tərəfindən çıxarılan hökmlərlə bağlı bəyanatını sərt şəkildə rədd edib.

Teleqraf xəbər verir ki, bu barədə Bəhreyn Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Nazirlik bunu Bəhreynin daxili işlərinə açıq müdaxilə və ölkənin məhkəmə sisteminin müstəqilliyinə qəsd kimi qiymətləndirib.

Bəhreyn XİN-in bəyanatında qeyd edilib ki, Tehranın etiraz etdiyi hökmlər İranın xeyrinə casusluq və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqələrə dair iş üzrə verilib.

Qurum vurğulayıb ki, sözügedən hökmlər Bəhreynin müstəqil məhkəmə orqanları tərəfindən bütün hüquqi və konstitusion təminatlara riayət edilməklə qəbul olunub: “Bəhreynin məhkəmə sistemi insanları dini inanclarına görə deyil, cinayət əməlləri törətdiklərinə görə mühakimə edir”.

Bəhreyn XİN-in bu iş üzrə məhkumları müdafiə etməsini Tehranın inkar etməyə çalışdığı əlaqələrin mövcudluğunun göstəricisi kimi qiymətləndirib.

Xatırladaq ki, bundan əvvəl Bəhreyndə SEPAH-la əlaqədə ittiham olunan şəxslər 15 ildən ömürlüyə qədər müxtəlif müddətlərə azadlıqdan məhrum edilib. Bəhreyn Baş Prokurorluğunun açıqlamasına görə, həmin şəxslər İranın “vilayəti-fəqih” nəzəriyyəsini təbliğ etmək və üsyan, təxribat, sabotaj kimi qanunsuz üsullardan, o cümlədən zor tətbiq etməklə ölkədə dövlət idarəçiliyi sistemini dəyişdirmək məqsədilə fəaliyyət göstəriblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью