Rəsmi Moskva bütün MDB liderlərinin 9 May Paradında iştirak edəcəyinə ümid edir

11.04.2025

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Moskva MDB-dən olan tərəfdaşlarını Ukrayna ilə bağlı Rusiya-ABŞ təmaslarının gedişi barədə məlumatlandırıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Rusiya mayın 9-da faşizm üzərində Qələbənin 80 illiyi münasibətilə keçiriləcək paradda MDB ölkələrinin bütün liderlərinin iştirak edəcəyinə ümid edir.

Lavrov qeyd edib ki, MDB-də Qələbənin 80 illiyi ərəfəsində “1941-1945-ci illərdə Əmək Şöhrəti Şəhəri” adı təqdim ediləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью