Rəsmi Moskva: İrandan Rusiyaya zənginləşdirilmiş uranın daşınması gündəmdədir

02.02.2026

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İrandan Rusiyaya zənginləşdirilmiş uranın daşınması məsələsi uzun müddətdir ki, gündəmdədir və Moskva bütün maraqlı tərəflərlə təmaslarını davam etdirir.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Moskvanın İran ətrafında gərginliyin azaldılmasına kömək etməyə hazır olduğunu qeyd edib.

"Bu məsələ uzun müddətdir gündəmdədir. Hazırda Rusiya səylərini davam etdirir, bütün maraqlı tərəflərlə əlaqə saxlayır və İran ətrafında gərginliyin azaldılmasına mümkün qədər töhfə verməyə hazırdır", - Kremlin sözçüsü İranın zənginləşdirilmiş uranın Rusiyaya daşınması ehtimalının ABŞ və İranla müzakirə olunub-olunmadığı ilə bağlı suala cavab verərkən bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью