Rəsmi Moskva: Nüvə silahı daşıyan təyyarələrimiz məhv olmayıb, zədələnib | Icma.az
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya təyyarələri iyunun 1-də aerodromlara hücum zamanı məhv edilməyib, zədələnib.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
Onun sözlərinə görə, sözügedən texnika, Müdafiə Nazirliyinin nümayəndələrinin də dediyi kimi, məhv edilməyib, əksinə, zədələnib: "Onlar bərpa olunacaq.
Bundan özünüz nəticə çıxarın. Üstəlik, indi haqqında danışdığımız nomenklatura bu və ya digər müqavilə ilə mütləq tam əhatə olunmur.
START-a [Strateji Hücum Silahlarının Məhdudlaşdırılması Müqaviləsinə] gəlincə, bildiyiniz kimi, onu biz dayandırmışıq, - Rusiya xarici işlər nazirinin müavini Ukrayna Silahlı Qüvvələrinin hücumunun strateji balansa mümkün təsiri ilə bağlı sualı cavablandırarkən deyib.
Diplomat vurğulayıb ki, Ukrayna hakimiyyətinin zərbələrin nəticələri ilə bağlı bəyanatları həqiqətə uyğun deyil.
Qeyd edək ki, iyunun 1-də Ukrayna ordusu Rusiyanın Murmansk, İrkutsk, Ryazan və Amur vilayətlərin yerləşən strateji aviasiya aerodromlarına PUA hücumu təşkil edib.
Tam oxu
Xəbəri oxu