Rəsmi Moskva: Putinin müşavirinin ailəsini təhdid edirlər

30.05.2025

Mia.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"İyunun 2-də İstanbulda danışıqların ikinci raundunun keçirilməsi təklifinə hələ də Ukraynadan cavab ala bilməmişik"

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərin suallarına cavabda deyib.

O bildirib ki, bu azmıış kimi, prezident Vladimir Putinin müşaviri, Ukrayna üzrə nümayəndə heyətinin rəhbəri Vladimir Medinski və ailəsinə qarşı təhdidlər var: "Bu, tamamilə dəhşətlidir. Rusiya İstintaq Komitəsi məsələni araşdırır. Bu təhdidlərin mənbəyi Ukrayna və Kiyev rejimidirsə, o zaman vəziyyət daha vahimdır".

Ukraynanın danışıqların yeni raundunu pozacağı təqdirdə Rusiyanın atacağı addımlarla bağlı sualı cavablandıran Peskovun sözlərinə görə, ikinci raund üçün Ukraynaya 2 iyunda İstanbulda görüşməyi təklif ediblər: "Lakin təəssüf Ukraynadan hələ  heç bir cavab gəlməyib. Bundan sonra nə baş verəcəyini isə zaman göstərəcək"

Samir MUSAYEV
MİA.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью