Rəsmi Moskva rus və erməni gənclərə çağırış edib

01.09.2026

Ayna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Mariya Zaxarova: "Rusiya və Ermənistandan olan gənclər münasibətlərin möhkəmlənməsində rol oynaya bilərlər"

“Rus və erməni gəncləri iki ölkə arasında münasibətlərin möhkəmlənməsində böyük rol oynaya bilərlər. Ölkələrimiz çoxmillətlidir. Rusiya çoxmillətlidir və Ermənistanda müxtəlif millətlərin nümayəndələri yaşayır. Gəlin hər iki ölkənin gəncləri haqqında danışaq. Onlar böyük rol oynaya bilərlər. Onlar, ilk növbədə, ölkələrimiz arasında dinc yanaşı yaşamağa və dostluğa, mümkün olan ən yaxşı münasibətlərin inkişafına sadiq qala bilərlər". AYNA.AZ erməni mediasına istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova brifinqdə deyib.

XİN rəsmisi bildirib: “Eyni zamanda, bu münasibətlər ənənəvi dəyərlərə - əsrlər boyu davam edən tarixi əlaqəyə və dini inanclar da daxil olmaqla mədəni yaxınlığa əsaslanmalıdır”.

Rusiyalı diplomat hesab edir ki, əlaqələrin möhkəmləndirilməsi üçün iki ölkə vətəndaşları və ya hər iki dövlətlə etnik əlaqələri olan bir ölkənin vətəndaşları arasında çoxsaylı ailələrin qurulması şəklində müasir bir əsas da mövcuddur: "Gənclər bilməlidirlər və yadda saxlamalıdırlar ki, özlərini hər iki ölkənin mədəniyyətindən ayırmayan və əlbəttə ki, özlərini valideynlərinin övladları, eyni zamanda, iki xalqın, iki mədəniyyətin övladları hesab edən bütöv nəsillər dünyaya gəlib. Və bunlar təcrid olunmuş fərdlər deyil. Dəqiq məlumat və ya statistikam yoxdur, amma bunlar minlərlə, bəlkə də yüz minlərlə və ya daha çox insandır".

Zaxarova hesab edir ki, bu insanlar niyə süni seçim qarşısında qaldıqlarını - ya Rusiya ilə, ya da Rusiyasız - başa düşmürlər. Bununla belə, o, etiraf edib ki, bugünkü Rusiya və Ermənistan gəncləri üçün "ikitərəfli münasibətlər emosional cəhətdən yüklü deyil".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью