Rəsmi Moskvadan neftin ucuzlaşmasına reaksiya: Bu, ABŞ dan aslıdır, vəziyyət çox gərgindir

07.04.2025

Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rəsmi Moskva son həftədə sürətlə ucuzlaşan neftlə bağlı yaranan qeyri-müəyyənliyin günahını ABŞ-da görür.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərin aktual məsələlərlə bağlı suallarını cavablandırarkən deyib.

O bildirib ki, neft qiymətlərindəki eniş ABŞ-ın tarif siyasətindən qaynaqlanır: "Bəli, bu, sözsüz ki, ABŞ-ın 185 ölkə ilə ticarət əlaqələriə tətbqi etdiyi əlavə tarif siyasətindən qaynaqlanır. Vəziyyəti izləyirik. Vəziyyət son dərəcə təlatümlü və gərgindir".

Kremlin sözçüsü qeyd edib ki, neftin ucuzlaşmasının nəticələrini aradan qaldırmaq üçün əllərindən gələni edirlər.

Samir Musayev
MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью