Rəsmi Pekin ABŞ a qarşı tələb irəli sürüb

03.09.2026

Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Çin Vaşinqtonu xaricdə nüvə silahlarının yerləşdirilməsindən imtina etməyə çağırıb

Çin Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ı nüvə silahlarının paylaşılması ilə bağlı müttəfiqləri ilə müzakirələri dayandırmağa və xaricdə nüvə silahlarının yerləşdirilməsindən imtina etməyə çağırıb. AYNA.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə XİN-in yaydığı məlumatda qeyd edilib.

Çin XİN-dən bildirib ki, "ABŞ nüvə silahlarına malik bir ölkə olaraq Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin (NSYM) səlahiyyətlərini qorumalı, hərbi müttəfiqləri ilə nüvə silahlarının paylaşılması ilə bağlı müzakirələri dayandırmalı və xaricdə nüvə silahlarının yerləşdirilməsi variantından imtina etməlidir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью