Icma.az, Yenisabah saytına istinadən bildirir.
Son dövrlərdə özlərini Ədliyyə Nazirliyinin əməkdaşları kimi təqdim edən şəxslər bələdiyyə üzvlərinə zəng edərək müxtəlif adlar altında pul tələb edirlər.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirilib ki, qurumun bələdiyyələrlə bağlı fəaliyyəti onların işinin təşkilinə kömək göstərmək, metodoloji yardım etmək və inzibati nəzarəti həyata keçirməklə məhdudlaşır. Dominos pizza
Qeyd olunub ki, bu fəaliyyətlə əlaqədar Ədliyyə Nazirliyinə dövlət rüsumunun və ya hər hansı digər adda vəsaitin ödənilməsi nəzərdə tutulmayıb. Bələdiyyələrə belə ödəniş tələbləri də irəli sürülmür.
Nazirlik bələdiyyələrin vəzifəli şəxslərinə diqqətli olmağı, şübhəli zəng və mesajlara, eləcə də digər vasitələrlə edilən qanunsuz ödəniş tələblərinə inanmamağı tövsiyə edib.