Rəsmi Tbilisi ABŞ ın regionda fəallığını alqışlayıb

28.01.2026

Icma.az bildirir, Apa.az portalına istinadən.

Gürcüstan ABŞ-ın regionda fəal iştirakını alqışlayır.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin üzvlərindən ibarət heyəti ilə görüşdə bildirib.

Tərəflər Gürcüstan-ABŞ münasibətlərinin hazırkı vəziyyətini və bölgədə gedən prosesləri müzakirə ediblər. Regionda sülhün və sabit inkişafın vacibliyi vurğulanıb və Gürcüstanda gedən proseslər nəzərdən keçirilib.

Görüşdə Gürcüstanın regional birləşdirici bənd kimi roluna xüsusi diqqət yetirilib və bu baxımdan Orta Dəhlizin potensialı müzakirə edilib.

Müzakirələr zamanı ABŞ nümayəndə heyətinin üzvləri Gürcüstanın qlobal və regional siyasət və təhlükəsizlik məsələlərindəki rolunu qeyd ediblər.

XİN başçısı Gürcüstan tərəfinin ABŞ ilə münasibətlərin yenidən başlanılmasına və strateji tərəfdaşlığın bərpasına hazırlığını bir daha təsdiqləyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью