Rəsmi Tbilisi ABŞ la strateji tərəfdaşlığı təmiz səhifədən yeniləmək istəyir

31.01.2025

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Biz ABŞ-də “dərin dövlət”in nəhayət, məğlub ediləcəyinə böyük ümidlər bəsləyirik və bu halda Gürcüstana qarşı münasibət başdan sona dəyişəcək.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

“Bir daha vurğulayırıq ki, biz yeni administrasiya ilə yaxın əməkdaşlıq etmək istəyirik. Əlavə olaraq, strateji tərəfdaşlığı hər iki tərəf üçün konkret nəticələri əks etdirəcək yol xəritəsi ilə təmiz səhifədən yeniləmək istəyirik. Bunun üçün fəal işləyəcəyik”, - Kobaxidze qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью