Rəsmi Tbilisi Azərbaycan və Türkiyə ilə üçtərəfli formatın gücləndirilməsinə böyük önəm verir

22.07.2025

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Gürcüstan Azərbaycan və Türkiyə ilə üçtərəfli əməkdaşlıq formatının gücləndirilməsinə böyük önəm verir.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Tbilisidə səfərdə olan xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra mətbuata birgə açıqlamasında Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili deyib.

“Gürcüstan, Azərbaycan və Türkiyə arasında üçtərəfli əlaqələri xüsusi qeyd etmək istəyirəm. Ölkələrimiz arasındakı bu üçtərəfli format mühüm formatdır. Gürcüstan üçtərəfli formatda əməkdaşlığın güclənməsinə böyük əhəmiyyət verir”, - gürcü nazir qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью