Rəsmi Tbilisi: Gürcüstanla Azərbaycan delimitasiya prosesində irəliləyişin əldə olunması üçün səylərini davam etdirir

24.11.2026

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiya müntəzəm fəaliyyət göstərir və proseslə bağlı məsələləri müzakirə edir.

525.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, hər iki tərəf delimitasiya prosesində irəliləyiş əldə olunması üçün səylərini davam etdirir.

“Bu proses hər iki ölkənin maraqlarının maksimum nəzərə alınması və qarşılıqlı hörmət prinsipi əsasında aparılır”, – Maka Boçorişvili qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью