Rəsmi Tbilisi XİN başçısının Azərbaycana bugünkü səfər proqramını açıqlayıb

16.01.2025

Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2025-ci il yanvarın 16-da Gürcüstanın xarici işlər naziri vəzifəsində Maka Boçorişvili Azərbaycan Respublikasına ilk rəsmi səfərini edəcək.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində Maka Boçorişvili Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla həm təkbətək, həm də geniş tərkibdə görüşlər keçirəcək. Görüşdən sonra iki ölkənin xarici işlər nazirlərinin birgə mətbuat konfransı təşkil olunacaq.

Nazir, həmçinin Şəhidlər xiyabanında "Əbədi Məşəl" abidəsini ziyarət edəcək və şəhidlərin xatirəsini ehtiramla yad edəcək.

Ruslan Həsənov

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью