Rəsmi Tehran: ABŞ beynəlxalq hüquq normalarını POZUR

07.01.2025

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi həftəlik mətbuat konfransında ABŞ ilə bağlı açıqlamalar verib.

Bakıvaxtı.az Tesnim Agentliyinə istinadla xəbər verir ki, Bekayi çıxışında ABŞ-nin İranın nüvə fəaliyyətləri ilə bağlı təhdidinin beynəlxalq hüquqa zidd olduğunu bildirib:

"Bir ölkənin dinc nüvə obyektlərinə qarşı təhdidlər BMT öhdəliklərinin açıq şəkildə pozulmasıdır. Ədalətli bir mühitdə BMT-nin Təhlükəsizlik Şurasının (BMGK) bu vəziyyətə müdaxilə etməli, ABŞ-ni cəzalandırmalıdır".

Onun sözlərinə görə, ABŞ bu bəyanatlara görə birbaşa məsuliyyət daşıyır.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью