Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ölkə.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.
Onun sözlərinə görə, İslam Respublikasının Vaşinqtonla danışıqlar üçün heç bir planı yoxdur və əsas diqqəti müdafiəyə yönəldib.
XİN sözçüsü xatırladıb ki, Tehran və Vaşinqton arasında anlaşma memorandumu qarşılıqlı öhdəliklər nəzərdə tutur.
O bildirib ki, Birləşmiş Ştatlar öz vədlərini yerinə yetirməsə, İran razılaşmaya əməl etməyəcək.
“Əgər qarşı tərəf bu öhdəlikləri pozarsa, biz də öhdəliklərimizi yerinə yetirməkdən çəkinəcəyik”, - o vurğulayıb.
Mürtəza