Rəsmi Tehran: Əraqçi ilə Trampın xüsusi nümayəndəsi arasında rabitə kanalı açıqdır

12.01.2026

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranın xarici işlər naziri Abbas Əraqçi və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında rabitə kanalı açıqdır.

APA xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İsmayıl Bəqayi deyib.

Onun sözlərinə görə, lazım gəldikdə, tərəflər bir-birinə mesaj göndərirlər.

Bəqayi qeyd edib ki, İran qarşılıqlı hörmətə və maraqlara əsaslanan dialoqa hazırdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью