Rəsmi Tehran İran Azərbaycan Rusiya formatının əhəmiyyətini açıqlayıb

13.10.2025

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Bakıda keçirilən İran, Azərbaycan və Rusiya üçtərəfli görüşü regionda əlaqələndirmə üçün vacib mexanizmdir.

APA xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi mətbuat konfransında bildirib.

Bəqayi qeyd edib ki, bu format digər regional platformalarla yanaşı mövcuddur və iqtisadiyyat, ticarət və təhlükəsizlik sahələrində mövqelərin uzlaşdırılmasına yönəlib.

“Bu görüş göstərir ki, İran və onun qonşuları əməkdaşlıq vasitəsilə sabitlik və təhlükəsizliyin gücləndirilməsini nə dərəcədə yüksək qiymətləndirirlər”, - o vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью