Rəsmi Tehran: MAQATE nin heyəti nüvə obyektlərinə buraxılmayacaq

24.07.2025

Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

İran İsrail və ABŞ-ın hücumlarından sonra Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığı dayandırsa da, MAQATE-nin texniki heyətinin Tehrana səfərinə razılıq verdiyini təsdiqləyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İranın Mehr Xəbər Agentliyinə xarici işlər nazirinin müavini Kazım Qəribabadi açıqlama verib.

Nazir müavini bildirib ki, MAQATE-nin texniki heyətinin iki-üç həftə ərzində İrana gələcək: "Texniki nümayəndə heyəti Tehranda əməkdaşlıq çərçivəsini müzakirə edəcək, lakin onlara nüvə obyektlərinə baş çəkməyə icazə verilməyəcək"

Xatırladaq ki, İran MAQATE ilə əməkdaşlığı dayandıran yekun qərarı iyunun 26-da təsdqiləyib.

Firudin Səfərli
MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью