Rəsmi Tehran NPT dən çıxacaqmı?

12.11.2026

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İranın Ekspertlər Şurası ölkənin Nüvə silahını Yaymama Sazişində (NPT) qalıb-qalmamasına dair məsələni müzakirə edib.

"Yeni Sabah" xəbər verir ki, Şiranın qəbul etdiyi bəyanatda qeyd olunub:

"Təcavüzkar düşmənin təkrarlanan təhdidləri, xüsusən ölkənin nüvə biliklərinə təhdid, bu sahədə məsuliyyətli beynəlxalq qurumlara ümid bəsləməyin mümkün olmadığını göstərir. Buna görə də, NPT-dən çıxmaq məsələsinin araşdırılması və ölkənin müdafiə doktrinasının nəzərdən keçirilməsi və lazımi çəkindirmənin yaradılması qaçılmaz bir zərurətə, ictimai və milli tələbə çevrilib. Ali Rəhbərin müdrik qərarına əsasən  rəsmilərin bu tələbə diqqət yetirəcəklərinə ümid edilir". Bakıda online alış-veriş


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью