Rəsmi Tehran: Türkiyə son hadisələrdə İranın yanında oldu

30.01.2026

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Türkiyə İsrailin ötən ilin iyun ayında İrana hücumu zamanı və yanvar ayında baş verən hadisələrdə İran xalqının yanında dayandı.

APA xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi İstanbulda türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, İran bununla bağlı Türkiyə Prezidentinin, xarici işlər nazirinin və digər rəsmi şəxslərin məntiqli və məsuliyyətli mövqeyinə görə minnətdardır.

“Hər iki ölkə regiondan kənar qüvvələrin qeyri-qanuni müdaxilələrinin regionu ciddi təhlükə ilə üz-üzə qoyduğu ilə bağlı həmfikirdirlər. İkitərəfli əməkdaşlığın zərurəti bu cür böhranların nəzarət altına alınmasında həmişəkindən daha çox hiss olunur”, - Əraqçi qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью