GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Ermənistan və Azərbaycan sülh müqaviləsini nə qədər tez imzalasa, region üçün bir o qədər yaxşıdır”.
Globalinfo.az xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Səid Qatibzadə deyib.
“Bakı və İrəvanın bir-biri ilə razılaşdığı hər şeyi dəstəkləyirik. Ancaq heç nə regionun geostrateji mənzərəsini dəyişməməlidir”, – bildirib.
Əliyar Xəlil
Globalinfo.az