Icma.az, Ayna portalına istinadən məlumat yayır.
“İran diplomatik səylərin və danışıqlar prosesinin məhsuldarlığına əmin olmayana qədər danışıqlar masasına qayıtmayacaq”
İran və ABŞ nüvə sazişi üzrə danışıqların yeni raundunun yeri və vaxtı barədə hələlik razılığa gəlməyiblər. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi İsmail Bəqayi deyib.
"Hələlik bu məsələ ilə bağlı tarix, vaxt və yer müəyyən edilməyib", - o həftəlik brifinqdə deyib.
XİN rəsmisinin sözlərinə görə, İran “diplomatik səylərin və danışıqlar prosesinin məhsuldarlığına əmin olmayana qədər danışıqlar masasına qayıtmayacaq”.