Rəsmi təklif gəlməsə, Mahir Nürnberq də qalacaq və qollarını vuracaq | Icma.az
Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Almaniyanın "Nürnberq" klubunun idarə heyətinin üzvü Joti Çatzialexiu komandadan ayrılmaq ehtimalı olan Mahir Emrelinin durumu ilə bağlı danışıb.
QOL.az xəbər verir ki, Bild nəşrinin sorğusunu cavablandıran klub rəsmisi qeyd edib ki, azərbaycanlı hücumçu üçün konkret təklif almasalar, o, komandada çıxışına davam edəcək: “Mahir məşqlərə qayıdıb.
Daha məşqdən kənarlaşdırılmayacaq. Mən də onunla bu məsələni müzakirə etmişəm.
Biz heç bir təzyiq altında deyilik: Cənubi Koreya klubunun ("Seul" - red.) bizimlə yenidən əlaqə saxlayıb-saxlamayacağını bilmirik.
Bu, olmasa, onda Mahir komandada oynamağa davam edəcək və ümid edirəm ki, qollarını vuracaq. Mahirin bəlli bir qiyməti var.
Yalnız bundan sonra həqiqətən dəyişiklik haqqında düşünməyə hazır olacağıq".
Xatırladaq ki, Mahir Emreli "Nürnber"in son oyununda iştirak ərzisəində yer almayıb.
Tam oxu
Xəbəri oxu