Rəsmi Vaşinqton Ukraynadakı müharibənin səbəbkarını açıqladı

18.03.2025

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"Ukraynada hərbi əməliyyatlar Prezident Co Baydenin başçılıq etdiyi ABŞ-nin əvvəlki administrasiyasının təqsiri üzündən başlayıb".

Oxu.Az TASS-a istinadla xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün keçirilən brifinqdə deyib.

"Düşünürəm ki, bu müharibənin başlamasının səbəbi elə əvvəlki administrasiyadır", - deyə o, Ukrayna ətrafındakı vəziyyəti şərh edərkən bildirib.

K.Livitt əlavə edib ki, Ukraynada münaqişənin nizamlanması üzrə danışıqların tərəfləri sülhə indi heç vaxt bu qədər yaxın olmayıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью