Rəsmi Vaşinqtondan şok xəbərdarlıq: Suriyada keçid hökuməti çökə bilər

20.05.2025

Mia.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Suriyada keçid hökuməti bir neçə həftə ərzində çökə bilər".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri  ABŞ dövlət katibi Marko Rubio deyib.

O bildirib ki, ölkə "qaynar qazanı"ı xatırladır: "Suriya qarışıq  vətəndaş müharibəsinə sürüklənə bilər"

Marko Rubionun sözlərinə görə, Vaşinqtonun Suriyanın hökumətinin uğur qazanmasına kömək etmək istəyir: "Biz bu istiqamətdə səy göstəririk. Lakin uğursuzluq müharibə və regional qeyri-sabitliyə səbəb ola bilər. Əgər belə olarsa, təbii ki, bütün regionda sabitlik pozulacaq, xaos yaranacaq".

Lamiyə Əhmədli

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью